Modern.az

Bakının “qara siyahısı”na düşənlərdən ermənisayağı REAKSİYA

Bakının “qara siyahısı”na düşənlərdən ermənisayağı REAKSİYA

Aktual

5 Avqust 2013, 20:59


Bir neçə gün öncə Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə "persona non qrata" elan edilmiş şəxslərin siyahısını açıqlayıb. “Qara siyahı”da 335 nəfərin adı qeyd olunub. Onların əksəriyyəti siyasətçilər, şairlər və mədəniyyət xadimlərindən ibarətdir.

Rəsmi Bakının “qara siyahı”sına düşənlərdən bir neçəsi XİN-in qərarına reaksiya verib. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, "persona non qrata" elan edilən şair Viktor Konoplyov adının “qara siyahı”ya düşməsinin onun üçün gözlənilən olduğunu deyib.

“Etiraf edim ki, bundan zövq duydum. Mən Qarabağa səfər edərək orada apardığım araşdırmaları dünya ictimaiyyətinə təqdim edirəm. Mən adımın bu siyahıya düşməsindən narahat deyiləm. Bundan sonra da Ermənistana və Qarabağa səfər edəcəyəm. Buna görə, nə qədər istəsələr məni təhqir edə bilərlər".

Vladimir Zaxarov bundan sonra Azərbaycana gəlmək niyyətində olmadığını deyib.

Qeyd edək ki, Rusiya Yazıçılar İttifaqının üzvü V.Zaxarov 2006-cı ilin iyun ayında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün “qara siyahı”ya salınıb.

Danimarkalı Gert Laurense ermənilərlə dostluq əlaqələrini bundan sonra da davam etdirəcəyini deyərək rəsmi Bakının “qara siyahı”sına düşməsinə reaksiya verib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü