Modern.az

Vəfa Zeynalova DANIŞDI: “Öz işimlə fəxr edirəm və edəcəyəm də”

Vəfa Zeynalova DANIŞDI: “Öz işimlə fəxr edirəm və edəcəyəm də”

6 Avqust 2013, 17:23


Azərbaycanın əməkdar artisti Vəfa Zeynalova çəkildiyi “İlahi məxluq” filmi ilə bağlı yaradılan hay-küyü “ucuz reklam” adlandırıb. Modern.az saytı bildirir ki, özünün sosial şəbəkədəki səhifəsində bununla bağlı qeyd yazan əməkdar artist bu günlərdə ona dəstək olan dostlarına təşəkkür edib.

  “Sizin sevginizlə və cənab prezidentin fərmanı ilə “əməkdar artist” adı daşıyıram. Öz işimlə fəxr edirəm və edəcəyəm də. Sizə söz verirəm ki, sevginizi heç bir zaman yanıltmayacağam”-deyə aktrisa bildirib.  

V.Zeynalova ona dəstək verən jurnalistlərə də təşəkkür edib: “Mənim kimi öz işini sevən jurnalistlərimiz də var. Onlara inanıram”-deyə əməkdar artist yazıb. O həmçinin əleyhinə yazılar paylaşan media nümayəndlərini “ucuz reklam” axtarmaqda qınayıb və peşələrinə hörmət etməyə çağırıb.

Qeyd edək ki, “İlahi məxluq” filmində çəkildiyi bir səhnəyə görə, aktrisanı qınayan bəzi insanlar onu erotik kadrlara düşməkdə suçlayıblar.

Modern.az
     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü