Modern.az

İrandan yenilik – İslam kompüter oyunları ilə təbliğ ediləcək

İrandan yenilik – İslam kompüter oyunları ilə təbliğ ediləcək

Dünya

21 Avqust 2013, 11:10


İran “İslamın Oyanışı” adlı kompüter oyunu hazırlayıb. Oyunun ictimaiyyətə təqdimatı Tehranda baş tutacaq sərgidə olacaq. Modern.az İSNA-ya istinadən bildirir ki, İranın mədəniyyət naziri Məhəmməd Hüseyni mətbuata bu haqda açıqlama verib.

O, “hökumət tezliklə Tehrandakı sərgidə İslam oyanışı ilə bağlı oyunun təqdimatını planlaşdırır ” - deyə, mətbuata məlumat verib Nazirin sözlərinə görə, bu oyun vasitəsilə İslam anlayışı digər ölkələrə  böyük miqyasda, daha dəqiq və aydın şəkildə təqdim ediləcək. Nazir həmçinin bildirib ki, bu oyun İslam respublikasının mədəniyyətinin təbliğat vasitəsi kimi istifadə edilməlidir. Məhəmməd Hüseyni hesab edir ki, İran bu layihəsi ilə kompüter oyunları sahəsində bir model ola bilər.

 

Elçin MURAD

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü