Modern.az

Neft Akademiyasındakı qətliamla bağlı məhkəmə keçirilir

Neft Akademiyasındakı qətliamla bağlı məhkəmə keçirilir

21 Aprel 2010, 14:06

Ötən il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən kütləvi qətllə bağlı bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə baxışı başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror Abdulla Yusifov ittiham aktını elan edib. Prokuror ittiham aktını elan etməyə başlayanda təqsirləndirilənlər etiraz ediblər, etiraz əlaməti olaraq arxalarını çeviriblər. Hakim məhkəmənin işini pozduqlarına görə onlara xəbərdarlıq edib.
İstintaq orqanı qətliamı törədən və özünü də öldürən Fərda Qədirovun tanışları olan Nadir Əliyevi, Ariz Qabulovu, Cavidan Əmirovu və Nəcəf Süleymanovu həbs edib. Həmin şəxslərin bəziləri cinayətdən əvvəlcədən xəbər tutub, bu barədə polisi məlumatlandırmamaqda təqsirləndirilirlər.
Xatırladaq ki, sözügedən hadisə zamanı 12 nəfər öldürülüb, 13 nəfər yaralanıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü