Modern.az

Bakiyev: “Elə bir qüvvə yoxdur ki, məni prezidentlikdən imtina etməyə məcbur etsin”

Bakiyev: “Elə bir qüvvə yoxdur ki, məni prezidentlikdən imtina etməyə məcbur etsin”

Təhsil

21 Aprel 2010, 15:16

Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev özünü yenə də dövlət başçısı hesab edir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakiyev bu gün Minskdə bəyanat verib. Bakiyev prezident postundan istefa etməsini rədd edib. “Elə bir qüvvə yoxdur ki, məni prezidentlikdən imtina etməyə məcbur etsin”,-deyə Bakiyev bildirib. MDB-nin Minskdəki mənzil qərargahından mətbuat üçün verdiyi açıqlamada Bakiyev bəyan edib ki, “Qırğızıstan kiminsə müstəmləkəsi olmayacaq və demokratik dövlət quruculuğunu davam etdirəcək”.       

 

Devrilmiş prezident öz hərəkətlərinə görə cavab verməyə hazır olduğunu bildirib. “Mənim xalqım qorxunc faciə yaşayır. Bir qrup banda özünün saxta hakimiyyətini elan edib və  qanunsuzluq törədir. Dinc insanları öldürür, evləri dağıdır. Ölkə bir neçə on illiyə geriyə atılıb. Qırğızıstan prezidenti kimi, Konstitusiyanın qarantı  kimi mən baş verən fəlakətə görə məsuliyyəti öz üzərimdən atmıram və hər şeyə görə qanun qarşısında cavab verməyə hazıram”,-deyə Bakiyev bildirib.

İğtişaş qurbanlarının ailələrinə başsağlığı verən Bakiyev dünya birliyini müvəqqəi hökuməti tanımamağa çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü