Modern.az

Mixail Zabelin: “Cəmil Həsənliyə böyük hörmətim var, amma prezidenti dəstəkləyəcəyik”

Mixail Zabelin: “Cəmil Həsənliyə böyük hörmətim var, amma prezidenti dəstəkləyəcəyik”

Təhsil

17 Sentyabr 2013, 13:07

Azərbaycanın Rus icmasının rəhbəri: “Cəmil Həsənliyə  böyük hörmətim var…”

 

“Biz prezidentliyə yeganə layiqli namizəd kimi İlham Əliyevin namizədliyini Azərbaycanda yaşayan bütün ruslar adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar etməyə hazırıq” Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycandakı Rus İcmasının rəhbəri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin hakim partiyanın saytına verdiyi müsahibədə bildirib. 

Millət vəkili prezident İlham Əliyevin sıradan bir insan olmadığını deyib.
“Cənab İlham Əliyev sıradan bir insan deyil. O, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev və nəcib insan, görkəmli oftalmoloq alim, geniş qəlbli vətəndaş olan Zərifə xanım Əliyevanın ailəsində tərbiyə almış, Ulu öndərdən siyasi dərs almış bir şəxsiyyət bacarıqlı dövlət xadimidir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi zamanı yürütdüyü siyasətdə xalqın ruhu, mentaliteti aydın şəkildə özünü büruzə verirdi. Bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik əldə etdikdən sonra indiyədək bircə dəfə də olsun Azərbaycanda yaşayan milli azlıqların hüquqlarını məhdudlaşdıran hər hansı qərar qəbul olunmayıb. Odur ki, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələrinin cənab İlham Əliyevə böyük rəğbətləri var”-deyə M.Zabelin vurğulayıb.

İcma rəhbəri daha sonra prezidentliyə namizədlərdən söz açıb. Deputat president İlham Əliyevlə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini müqayisə edib.
“Ölkə prezidenti olmaq istəyən istənilən namizədin şəxsi keyfiyyətlərinə baxaq və onları hazırkı dövlət başçısı İlham Əliyevlə müqayisə edək. Xarici görkəmindən tutmuş, istənilən vəziyyətlərdə özünü idarə etmək bacarığınadək, natiqliq qabiliyyətindən tutmuş,-hansı ki, siyasətçi üçün çox böyük önəm daşıyır,- müxtəlif dillərdə sərbəst danışmaq bacarığınadək, dövləti idarəetmə bacarığından tutmuş iş təcrübəsinədək- siyasətçi üçün vacib olan bütün bu keyfiyyətlər digərlərində yoxdur. Məsələn, sadə bir müqayisə aparaq. Bir anlıq təsəvvür edək ki, eyni bir məkanda çıxış etmək İlham Əliyev və Cəmil Həsənov çıxış etmək üçün tribunaya çıxırlar. Baxmayaraq ki, mənim Cəmil müəllimə böyük hörmətim var, amma düzünü deməliyəm- onların arasında yerlə göy qədər fərq var. Rusların belə bir atalar sözü var: "Səni xarici görünüşünə görə qarşılayırlar, amma ağlına görə yola salırlar". Bax mən deyərdim ki, cənab İlham Əliyevi digər namizədlərdən fərqləndirən əsas cəhət Onun bilik və bacarığı, güclü idarəetmə və iqtisadi biliklərə malik olması, səriştəli siyasətçi olmasıdır”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü