Modern.az

Həkimlərin maaşı yenidən artırılacaq

Həkimlərin maaşı yenidən artırılacaq

Aktual

30 Sentyabr 2013, 11:45

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Hadi Rəcəbli iclasda bildirib ki, gündəliyə 5 məsələ daxil edilib. Bunlardan 3-ü “Əhalinin sağlamlığının qorunması haqqında”, “Sosial müavinətlər haqqında”və “Uşaq hüquqları haqqında” qanunlara dəyişiklik edilməsi barədə məsələlərdir.

H. Rəcəblinin sözlərinə görə, həmin məsələlər əhalinin sosial müdafiəsi haqqında sənədlərdir. “Uzun müddətdir ki, çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı sənədin ortaya çıxması müzakirə edilirdi. Prezidentin imzası ilə komitəyə daxil olan sənəddə artıq 5-dən çox uşağı olan analara müavinətin verilməsi nəzərdə tutulur. İkinci məsələ odur ki, daim həkimlərin əmək haqqının artırılması haqqında söhbət edirik, müzakirələr aparırıq. “Tibbi sığorta haqqında” Qanun buna böyük imkanlar verir. Gələn il bu layihə işləyəndən sonra əmək haqqında dəyişikliklər olacaq. Bu, səhiyyə sistemində çalışan insanları sevindirəcək”.

Sosial siyasət komitəsinin eksperti Məhəmməd Bazıqov gündəliyə daxil olan məsələlər barəsində danışıb. 2013-cü ilin mayında qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini xatırladan ekspert bildirib ki, indi isə həmin əməliyyatla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişiklər nəzərdə tutulur. Bu dəyişiklər əsasən qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları ilə müəyyənləşdirilir. Yəni gələcəkdə onların inzibati xəta sayılıb-sayılmaması məsələsi bu əsaslarla müəyyən olunacaq”. Da sonra H. Rəcəbli qeyd edib ki, “Sosial müavinətlər haqqında” Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, müavinət 5-ci uşağın yaş yarım olandan sonra həmin ailəyə veriləcək. “Bu müavinət uşağın 18 yaşı olana qədər davam edəcək. Azərbaycanda 5-dən çox uşağı olan 10 mindən çox ailə var. Azərbaycanda ildə təbii artım 125 min nəfərdir. Bu əhalinin artımına dəstək olacaq, həm də insanların sosial durumuna təsir edəcək. Qanun layihəsi yanvarın 1-dən qüvvəyə minəcək”.

Aytən Əliyeva 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü