Modern.az

“Böyük İpək Yolu” Gürcüstanda beynəlxalq tədbirdə iştirak edib

“Böyük İpək Yolu” Gürcüstanda beynəlxalq tədbirdə iştirak edib

Təhsil

24 Oktyabr 2013, 15:28

 “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Gürcüstanda keçirilən beynəlxalq  “Gənclər Fəaliyyətdə” adlı beynəlxlaq tədbirdə iştirak edib. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Tədbirin əsas istiqaməti gənclərin mədəniyyət sahəsində təşkil olunan tədbirlərdə iştirakını artırmaq, müxtəlif ölkələrdən olan gənclərlə müxtəlif mədəniyyələrin öyrənilməsi və dialoqun təşkili, mədəni layihələrin mövzularını müəyyən etmək olub. Toplantıda Gürcüstan, Ermənistan, Ukrayna, İtaliya, Türkiyə, Ruminiya və Bolqarıstandan nümayəndələr iştirak edib.

Tədbirin 3-cü günündə Azərbaycan mədəniyyət gecəsi təşkil olunub. Gecədə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təqdimatı keçirilib. Tədbirdə Muslüm Maqomayevin “Azerbaycan” mahnısı, Uzeyir Hacibeyovun “Arşın mal alan”  komediyasından parçalar səsləndirilib və Azərbaycanın  tanıtım video carxı göstərilib. Beynəlxalq tədbirdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqını təşkilatın nümayəndəsi  Aytən Əliyeva təmsil edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü