Modern.az

“Türkiyə konfederativ respublikaya doğru gedir“ - Ərdoğan-Bərzani görüşünə ŞƏRH

“Türkiyə konfederativ respublikaya doğru gedir“ - Ərdoğan-Bərzani görüşünə ŞƏRH

18 Noyabr 2013, 11:48


“Bu görüş  Ərdoğanın seçki niyyətlərinə qulluq edir. Digər tərəfdən kürdlərə müəyyən muxtariyyət verilməsi də gözləniləndir”. Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla  Şimali İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin görüşünün perspektivini şərh edərkən deyib. Siyasi təhlilçinin fikrincə, Diyarbakırda baş tutan görüş “kürd açılımı” mövzusu ətrafında Türkiyənin baş nazirinin bəyanatlarına Bərzaninin cəlb edilməsi məqsədi daşıyır.
Q.Hüseynli bildirib ki, R.T.Ərdoğanın əsas niyyəti Türkiyəni prezident üsul-idarəsi tətbiq etməkdir. “Belə olarsa, Türkiyə prezidentini ümumxalq səsverməsi yolu ilə seçəcək. Ərdoğan bununla kürdlərin müəyyən hissəsinin səsini qazanmaq istəyir”-deyən analitik hesab edir ki, Ərdoğanla Bərzani arasında gizli sövdələşmə də mövcuddur.

Ekspert düşünür ki, gizli anlaşma Türkiyə baş nazirinin siyasi karyerasının inkişafına xidmət edir. Politoloq siyasi kürd qruplaşmalarının  hazırkı Türkiyə iqtidarı ilə birgə konfederativ respublika yaratmaq istəklərini istisna etmir. Onun sözlərinə görə, Şimali İraqın Kürd Muxtariyyətinin lideri ilə Ərdoğan yaxınlaşması Türkiyənin strateji maraqlarına zərbə vuracaq.

“Ərdoğan İraqda və Suriyada yaşayan türkmənlərin taleyinə biganə qaldığı halda kürdlərin problemləri ilə daha çox maraqlanır. Kürdlərin dövlət yaratmaq uğrunda mübarizəsi dinamik şəkildə inkişaf edir. Digər tərəfdən Türkiyədə Ərdoğanın siyasi ehtiraslarının ödənilməsinə yönəlmiş oyunlar gedir. Bu, Türkiyə üçün xoş olmayan və təhlükəli xarakter alan proseslərdir”-deyə Q. Hüseynli vurğulayıb.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü