Modern.az

Məşhur “91-lər” YAP-ın yubileyinə dəvət olundular - Hakim partiyadan AÇIQLAMA

Məşhur “91-lər” YAP-ın yubileyinə dəvət olundular - Hakim partiyadan AÇIQLAMA

Aktual

20 Noyabr 2013, 08:05

“Yeni Azərbaycan Partiyasının 21-ci ildönümünün keçirilməsi ilə əlaqədar İdarə Heyətinin xüsusi qərarı var. Bu qərara əsasən bütün rayon və şəhər təşkilatları müxtəlif səpkili tədbirlər həyata keçirir”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP funksionerinin sözlərinə görə, yekun olaraq növbəti böyük bir tədbir də keçiriləcək. Lakin o, tədbirin keçiriləcəyi yerin adını  çəkməyib.

“Ancaq onu deyə bilərəm ki, konkret olaraq yer müəyyənləşdirmişik və həmin yerdə tədbir keçirəcəyik”.

S. Novruzov qeyd edib ki, tədbirə YAP Siyasi Şurasının üzvləri, partiyanın yaradıcıları və Milli Məclisdə təmsil olunan deputatlar dəvətlidir.
“Partiyada xidməti olan hər bir insan dəvətlidir” deyən YAP təmsilçisinin sözlərinə görə, tarixə “91-lər” adı ilə düşən YAP qurucularını da keçiriləcək mərasimə dəvət ediblər.

““91-lər” YAP-ın qızıl fondudur. Biz onları da bu tədbirə dəvət edirik”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin 21 noyabrında Naxçıvanda təsis edilib. YAP-ın ilk sədri mərhum Heydər Əliyev olub.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü