Modern.az

Türkiyə azərbaycanlılara baha oturum izni verir, Azərbaycan isə əksinə - SİYAHI

Türkiyə azərbaycanlılara baha oturum izni verir, Azərbaycan isə əksinə - SİYAHI

Aktual

20 Noyabr 2013, 13:12

Türkiyənin ərazisində qalma iznini (oturum izni) müəyyənləşdirən siyahıya əsasən, Azərbaycan vətəndaşları ən çox dövlət rüsumu ödəyənlər sırasında yer alır.

Modern.az saytı Türkiyə rəsmi mənbələrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycanın adı Konqo, Kiribati, Komor, Banqladeş kimi ölkələrlə eyni sıradadır. Bu isə o deməkdir ki, Türkiyədə yaşamaq istəyən Azərbaycan vətəndaşları bir il üçün 80 dollar məbləğində dövlət rüsumu verməlidir.

Sənədə əsasən, Misir, Tunis, Mərakeş, Kot-D-İvuar, İraq və Qaradağ ölkələrinin vətəndaşları bir il üçün ən az pul ödəyənlər sırasındadır. Sözügedən ölkə vətəndaşlarına dövlət rüsumu bir il üçün 10.5 dollar təşkil edir.

Bu arada Azərbaycanda qalmaq istəyən Türkiyə vətəndaşları üçün isə yeni məbləğ müəyyən edilib. Bu haqda  13 oktyabrda Ankarada Azərbaycan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan məlumat verib. O bildirib ki, uzun müzakirələrdən sonra Azərbaycanda qalmaq istəyən Türkiyə vətəndaşları üçün dövlət rüsumu 1270 dollardan 50 dollara endirilib.
“Buna görə Azərbaycan dövlət başçısı İlham Əliyevə də təşəkkürümü bildirirəm”-deyə R.T.Ərdoğan qeyd edib. Həmin tarixdə iki ölkə arasında məsələ ilə bağlı saziş də imzalanıb.

Aqşin Kərimov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü