Modern.az

Nelson Mandela vəfat edib

Nelson Mandela vəfat edib

6 Dekabr 2013, 09:33

Modern.az-ın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ölkənin hazırkı prezidenti Ceykob Zumu bəyan edib.

N.Mandela Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994-1999) olub. Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb (1963-1990).  1993-cü ildə o, CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.

1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə – 1999-cu ildə siyasətdən çəkilib.

2013-cü il iyunun 27-də onu süni nəfəs aparatına qoşublar. Ötən gecə isə dünyasını dəyişib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü