ABŞ-da mühacirətdə yaşayan Türkiyənin ən tanınmış dini lideri Fəthullah Gülən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) antidemokratik addımlarından narahat olduğunu bəyan edib. Modern.az saytı xəbər verir ki, “Wall Street Journali”nda çap olunan son bəyanatında Fətullah Gülən ötən il dekabrın 17-dəki qalmaqaldan sonra korrupsiyaya bulaşdıqlarına görə məsuliyyət daşıyan hökumət üzvlərini cəzalandırmaq əvəzinə, onları müdafiə edən baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətinin siyasətini sərt tənqid edib.
Bunun ardınca Fətullah Gülən Türkiyə vətəndaşlarını martın 30-da keçiriləcək bələdiyyə seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyasını dəstəkləməyə çağırmaqla Ərdoğana öldürücü zərbə vurub:
“Vaxtı çatanda “Camaat” hərəkatının üzvləri seçim edərək Cümhuriyyət Xalq Partiyasına səs verəcəklər”.