Modern.az

Kim ki yüz il yaşamırsa... - Qədərində su için ki, su qədər ömrünüz olsun

Kim ki yüz il yaşamırsa... - Qədərində su için ki, su qədər ömrünüz olsun

Aktual

28 Yanvar 2014, 23:20

Modern.az saytı “Kim ki yüz il yaşamırsa...” rubrikasını davam etdirərək bu dəfə suyun insan orqanizmi üçün faydasını və nə qədər vacib olmasını oxuculara təqdim edir.

1. Su insan orqanizminin temperaturunu normal saxlayan tənzimləyicidir.

2. Bədənin bütün hüceyrələrini oksigenlə təmin edən su həm də orqanizmdə olan toksinləri və zərərli maddələri bədəndən xaric edir.

3. Su orqanizmdə baş verən bütün kimyəvi proseslərdə fəal iştirak edir, qəbul etdiyimiz qida məhsullarının həll olunmasında və həzmində mühüm rol oynayır.

4. Qəbul etdiyimiz su bütün daxili orqanlarımızın normal fəaliyyətini təmin edir.

5. Orqanizm normal şəkildə su ilə təmin olunduqda insan artıq çəkidən xilas olur.

6. Ürək-damar sistemi üçün təmiz su içmək olduqca faydalıdır. Belə ki, gündəlik olaraq qədərində su qəbul etmək damarlarda tıxacın yaranmasının qarşısını alır, infarkt riskini azaldır.

7. Gün ərzində insan 2-2.5 litr su qəbul etməlidir. Yay mövsümündə tər vasitəsi ilə daha çox maye ifrazatı olarsa qəbul ediləcək suyun miqdarını artırmaq olar.

8. Normadan artıq su qəbul etmək məqsədəuyğun deyil. Əgər normadan artıq suya ehtiyacınız olarsa həkimə müraciət etməyiniz vacibdir.

9. Yeməkarası və qida qəbulundan dərhal sonra su içmək məsləhət deyil. Yeməkdən 30 dəqiqə əvvəl, yaxud 1 saat sonra su içmək həzmin yaxşılaşdırılması üçün daha faydalıdır.

10. Su insan opqanizmində maddələr mübadiləsini tənzimləyir.

11. Təmiz su içmək həmçinin yarana biləcək stresin qarşısının alınmasında yardımçıdır.

12. Suyu çox isti və çox coyuq, o cümlədən qazlı su içmək faydalı deyil.

13. Elə düşünməyin ki, gün ərzində qəhvə, çay və müxtəlif çirələr içmək suyun əvəzini verəcək. Təmiz suya daha çox üstünlük verin.

14. Suyun insan orqanizmi üşün faydaları və vacibliyi bunlarla bitmir. İnsan su ilə nə qədər çox təmasda olarsa bir o qədər xeyrini görər. Mütəmadi olaraq yuyunmaq, xüsusilə gündəlik səhərlər duş qəbul etməklə siz həm

bədən formanızı saxlamağa, dərinizin cavan qalmasına və gümrah görünmənizə xidmət etmiş olarsınız.

Nahaq deməyiblər ki, su həyatdır. Bu həyatın gözəlliyini hiss etmək üçün təmiz su için, suyun şəffaflığını hiss edin və sağlam olun. Amma qədərində için ki, ömrünüz su qədər uzun olsun.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var