Modern.az

“flydubai” şirkətindən sərnişinlər üçün yenilik

“flydubai” şirkətindən sərnişinlər üçün yenilik

20 May 2010, 13:51

Dubayın ilk qənaətcil hava yolları olan “flydubai” şirkəti “Lumexis” şirkəti ilə imzaladığı müqavilə sayəsində “Fiber To The Screen” (FTTS) adlı inqilabi uçuş əyləncə sisteminin ilk sifarişçisi olacaq.

 

Hamburqda keçirilən “Təyyarə İnteryerləri Sərgisi”ndə élan edilən müqavilə “flydubai” şirkətinin 44 ədəd B737-800NG tipli təyyarəsini əhatə edəcək. Yeni əyləncə sistemi ilə təchiz edilmiş təyyarələrdən birincisi bu illin oktyabrında gətiriləcək. Bu barədə Modern.az-a “flydubai” şirkətindən məlumat verilib.

 

“flydubai” şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt qənaətcil hava yollarının nəyə görə “Lumexis" şirkətindən uçuş əyləncə sistemi almaq qərarına gəldiyini izah edib: “Əyləncə sistemləri sərnişinlər arasında çox populyardır, amma ənənəvi əyləncə sistemləri qənaətcil hava yolları olduğumuzdan bizim üçün bahalı idi.  “Lumexis”” şirkətinin FTTS taç skrin sistemi bizə normal qiymətlərlə elastik, yüksək keyfiyyətli ən yeni uçuş əyləncə sistemindən yararlanmaq imkanı verir”. 

“Lumexis” şirkətinin FTTS sistemləri inqilabi xarakter daşıyır, çünki o, ənənəvi mis borularından deyil, lif borulardan istifadə edir. Bu isə sistemin ümumi dəyərini aşağı salmaqla yanaşı onu hazırda istifadədə olan digər uçuş əyləncə sistemlərindən qat-qat yüngül edir. Çəkinin aşağı salınması isə bizim yanacaq sərfiyyətlərimizi aşağı salır və bizə billetlərimizin qiymətlərini ucuz saxlamağa imkan verir.

 

"“Lumexis” uçuş əyləncə sistemləri böyük seçim imkanı verir. Bizim uçuş əyləncə sistemimiz də yemək və yük baqajı kimi əlavə seçim olaraq təklif ediləcək. FTTS sistemi ilə təchiz edilmiş  təyyarələrimizdə səyahət edən sərnişinlər öz istəklərindən və nə qədər pul xərcləmək istədiklərindən asılı olaraq sistemin müxtəlif komponentlərindən istifadə edə biləcəklər. “flydubai” şirkəti yeniliklər etməyi sevdiyindən biz digər hava yollarından fərqli olaraq öz uçuş əyləncə sistemimizdə funksionallığı təklif etməyi düşünürük”- deyə Qeyt Əl Qeyt qeyd edib.

 

 

 

“Lumexis” şirkətinin Baş Direktoru Duq Klayn bildirib: “Lumexis üçün gələcəyi düşünən və qabaqcıl bir hava yolları ilə tərəfdaş olmaq şərəfdir. Bizim ikinci nəsil FTTS sistemlərimizin ilk sifarişçisi olan “flydubai” şirkəti bizdən qənaətcil qiymətlər, ən əsası isə servisin davamlılığını və sərnişinlərin tam məmnunluğunu təmin etmək üçün yüksək etibarlılıq və funksionallıq tələb edib”.

 

2009-cu ilin Noyabrında  “Lumexis” şirkəti naməlum hava yolları ilə müqavilə imzalayacağını bəyan etdikdən sonra həmin hava yollarının adı daimi söz-söhbətlərin mövzusuna çevrilmişdi. Bir sıra müşahidəçilər bu hava yollarının qənaətcil hava yolları olacağını düşünürdülər.  Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü