Modern.az

Hidayət Orucovun türk dilindəki kitabı təqdim olunub

Hidayət Orucovun türk dilindəki kitabı təqdim olunub

Təhsil

20 May 2010, 14:04

İstanbulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun türk dilində yenicə çapdan  çıxmış “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının təqdimat mərasimi keçirilib. Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə dost ölkənin məsul işçiləri, millət vəkilləri, elm və təhsil xadimləri, İstanbulda akkreditə olunmuş diplomatlar, səfirlik əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbir başlanmazdan əvvəl Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Heydər Əliyev. O, Azərbaycan deməkdir” adlı sənədli film nümayiş etdirilib.

Dünyəvi dövlət quruculuğu və milli siyasət sahəsindəki çoxşaxəli səmərəli fəaliyyətinə həsr olunmuş kitabın  təqdimat mərasimi elmi-praktik  konfrans səviyyəsində keçirilib və  yeni dövr Azərbaycan-Türkiyə münasibətlərinin yaranmasında Araz çayı üzərində salınmış “Ümid körpüsü”nün tarixi rolu və “Biz -bir millət, iki dövlət” fəlsəfəsi ətrafında davam etdirilib.

Tədbirdə çıxış edən Dialoq-Avrasiya Platformunun rəhbəri Harun Tokak, Azərbaycanda Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov, Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov, İstanbul millət vəkili Mehmet Müəzzinoğlu, maarif xadimi Əli Bayram, Azərbaycanda Çağ - Öyrətim Şirkətlər Qrupunun prezidenti Ənvər Özərən, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar, professorlar İdris Bal, Əbdülvahab Kara və Gökxan Bacık, Mərmərə vəqflər qrupunun rəhbəri Akkan Sünər, sabiq millət vəkili Şamil Ayrım və başqaları çıxış edərək, keçən əsrin 60-ci illərindən başlayaraq, Azərbaycan kontekstində “sovet ideologiyası və millilik” məsələlərini görkəmli şəxsiyyətin siyasi bioqrafiyasında işıqlandıran kitabın elmi-mənəvi dəyərini və türk dilinə səlis tərcüməsini yüksək qiymətləndiriblər. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü