Modern.az

“Türkiyədə evlərin qiyməti Azərbaycandan iki dəfə ucuzdur” - MÜSAHİBƏ

“Türkiyədə evlərin qiyməti Azərbaycandan iki dəfə ucuzdur” - MÜSAHİBƏ

Aktual

4 Fevral 2014, 00:04


Türkiyə hökuməti ötən il xarici vətəndaşlara bu ölkədə mülkiyyət sahibi olmaq hüququ verdi. Amma bu proses xeyli vaxt apardığı üçün yaxşı bələdçiyə ehtiyac var. Çünki yad bir ölkədə küçə-küçə dolaşıb ev axtarmaq çətin olduğu kimi, alış-veriş zamanı aldanmaq riski də yüksəkdir. Həmçinin alınan əmlak sığorta edilməli, zəruri sənədlər vaxtında hazırlanmalıdır. Digər bir problem isə tələb olunan məbləğin hissə-hissə ödənilməsilə bağlıdır. Yerli şirkətlər bu məsələdə xarici vətəndaşlara güvənmədikləri üçün əmlak satışı sahəsində mütəxəssis olan bir vəkillə müqavilə bağlamaq lazım gəlir. Bu isə əlavə vaxt və maliyyə itkisi deməkdir.

Mərkəzi Antalya şəhərində olan “Okçu Daşınmaz Əmlak” şirkəti bu problemlərin həllini öz üzərinə götürməyə hazırdır. Şirkətin Azərbaycandakı nümayəndəsi İlyaz Ayaydın Modern.az saytına müsahibəsində Türkiyədə ev almağın verdiyi üstünlüklərdən danışıb:

– Şirkətimiz satış və marketinq sahəsində uzun müddət avtomobil sektorunda rəhbər mövqelərdə çalışmış, ixtisaslaşmış sahibkar olan Ali Hubuyar Okçu tərəfindən qurulub. Daşınmaz əmlak yatırımına yeni baxış gətirməyi hədəfləyən şirkət 2008-ci ildə Antalyanın ən çox inkişaf edən bölgələrindən olan Konyaaltında quruldu. Okçu Gayrimenkul Yatirim danismanlik sirketi, istər fiziki, istərsə də hüquqi müştərilərin ehtiyaclarına yönəlmiş 11 nəfərlik professional bir komanda ilə işə başladı. Konyaaltında 300 kvadrat metr ikinci ofisini və Azərbaycanda - Bakıda nümayəndəlik açılışı ilə mükəmməl bir xidmət göstərməyi qarşısına məqsəd qoydu.

- Bu gün Türkiyənin əmlak bazarında şirkətinizin yerini necə dəyərləndirirsiniz?

– Türkiyədə françayzing şəklində xidmət göstərən beynəxalq əmlak şirkətlərinin sayı çoxdur. Əgər onları nəzərə almasaq yerli əmlak şərkətləri arasında kifayət qədər layiqli bir yer tutmaqdayıq. Türkiyədə özümüzü ilk 10-da görürük. Antalyada isə lider mövqedəyik.

– Antalyadan başqa Türkiyənin hansı bölgələrində fəaliyyət göstərirsiniz?

– Hazırda Bodrum, Kuşadası və İstanbulda önəmli inşaat firmaları ilə əməkdaşlığımız var. Ankara və İzmirdə açacağımız şöbələrin bünövrəsi qoyulmaqdadır.

– Xarici ölkələrdə necə, işlərinizi qura bilmisinizmi?

– 5 ildir xaricdə ortaq firmalarla işləyirik. Bu il öz xarici nümayəndəliyimizi qardaş ölkə Azərbaycanın paytaxtı Bakıda açdıq. İlk mərhələdə Rusiya - Moskva və Şimali İraq - Ərbildə nümayəndəlik açmağı planlaşdırırıq. Orta müddətlik strategiyamızda 19 ölkədə nümayəndəlik açmağı hədəfləyirik. Böyük Atatürk Antalya üçün “Antalya, şübhəsiz, dünyanın ən gözəl şəhəridir” demişdir. Həqiqətən, ildə 300 gün günəşli havasıyla, möhtəşəm dənizi və təbii gözəllikləriylə, hər zaman mövcud olan təzə meyvə-tərəvəz və balıq məhsulları, ucuzluğu, qonaqpərvərliyi, yardımsevər insanları, təhlükəsiz şəraiti ilə Antalya hər zaman Avropa, Rusiya və Ukrayna vətəndaşları üçün cazibə mərkəzi olmuşdur. Bu gün də belədir.

- Azərbaycanda ofis açmağınız hansı zərurətdən yarandı?

- Türk dünyasının böyük lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” deyimi artıq çoxdan öz təsdiqini tapıb. Hazırda bir çox iqtisadi, siyasi, mədəni layihələrin həyata keçirilməsi yalnız bu iki dövlətin ardıcıl birgə səyləri nəticəsində mümkün olur. Ümumiyyətlə, türk dünyasının bütövlüyü, onun özünü vahid geosiyasi məkanda və platformada dərk etməsi, buradakı proseslərə birgə təsir imkanlarına malik olması Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin yeni, ən sıx müttəfiqlik mərhələsi yaşanılır. Qardaş Azərbaycan xalqını çox sevirik, bir millət, iki dövlət şəklində olan güclü bağlarımız ilk nümayəndəliyimizin Bakıda açılmasının başlıca səbəbidir. Məqsədimiz sadəcə əmlak satışını gerçəkləşdirmək deyil, həm də iki qardaş ölkə arasında mövcud olan güclü əlaqələri daha da möhkəmləndirməkdir.

– Azərbaycandakı fəaliyyətinizdən razısınızmı? Bu az vaxtda özünüzü tanıda bilməyiniz necə mümkün oldu? Azərbaycanlılara Turkiyənin hansı bölgələrində evlər təklif edirsiniz?

– Azərbaycanda özümüzü olduğumuz kimi dürüst və şəffaf şəkildə tanıtdıq. Səmimi münasibətimiz təmas etdiyimiz bütün dairələr tərəfindən son dərəcə müsbət qarşılandı. Antalya, Aralıq dənizi bölgəsi, Bodrum və Kusadasi, Ege denizi bolgesi, İstanbul, hər növ və ölçülərdə mənzil və villalar, ticarət obyektləri, otellər və torpaq sahələri satış platformamıza daxildir.

– Bəs satış şərtləriniz nədir? Hansı özəlliklərlə müştərilərdə maraq yaradırsınız?

– Satış şərtlərimizə görə, Bodrum ve Kuşadasinda ev və ya villa alan şəxslər cəmi 25% ödəniş etməklə kupça sahibi ola bilirlər. Məbləğin qalan hissəsi isə 60 ay müddətində 0%-lə ödənilir. Nəzərinizə çatdırım ki, bu ödəmə bank krediti deyildir. Şirkətin özünün faizsiz təşkil etmiş olduğu ödəmə şəklidir. Nəğd ödəniş olduğu zaman 10% endirim verilir. Satılan ev və ya villa Full mebel və bəyaz əşyaları ilə bərabər verilir.
Antalya, Alanya və İstanbulda isə əmlak dəyərinin 50 faizini ilkin ödəniş etdikdən sonra, məbləğin qalan hissəsini bank yolu və ya əmlakdan asılı olaraq, əməkdaşlıq etdiyimiz şirkətlər tərəfindən verilən kreditlə ödəmək mümkündür. Qiymətlər şəhərlərə və otaqların sayına görə dəyişir. Bircə onu deyə bilərəm ki, Türkiyədə evlərin qiyməti Azərbaycandan iki dəfə ucuzdur. Ev alan müştəri onun sahibi olur, bir illik yaşamaq hüququ alır. Üstəlik, hər il bu viza avtomatik artırılır. Beş il sonra isə müştərimiz Türkiyə vətəndaşı olmaq hüququ qazanır. Alınmış mülkün arzu edildiyi təqdirdə təkrar satılması və ya kirayə verilməsi də mümkündür. Bu iş də şirkətimiz tərəfindən həyata keçirilir.


Seymur VAQİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü