Modern.az

Türkiyə Kürün suyunun artacağı barədə xəbərdarlıq edib

Türkiyə Kürün suyunun artacağı barədə xəbərdarlıq edib

22 May 2010, 15:36

Kür və Araz çaylarında əmələ gələn bolsululuq Azərbaycanın aran rayonlarını təhlükədə saxlamaqda davam edir. Dövlət rəsmiləri İmişli, Saatlı, Sabirabad, Salyanda kritik vəziyyətin davam etdiyini bildirilər. Yaxın günlərdə həmin çaylarda suyun səviyyəsinin bir qədər də artacağı gözlənilir. Milli Məclisin Saatlıdan olan deputatı Gülhüseyn Əhmədov da Modern.az-a açıqlamasında Kürün səviyyəsinin artacağı barədə həyəcanlı xəbər verib. Onun sözlərinə görə, yaxın günlərdə Kürün artacağı ilə bağlı Türkiyə tərəfinin Grcüstana xəbərdarlıq etdiyi barədə məlumat alıb. “Bu qorxulu xəbərdir.

Yerlərdə camaatın ehtimalı belədi ki, ümumi səviyyə bir həftəyə düşəcək.

İndi müvafiq qurumların əməkdaşları ilə yanaşı, yerli sakinlər də bəndatma işlərində fəal iştirak edirlər.

Ən qorxulu vəziyyət Sarısu gölü ilə bağlıdır. Orada da iş gedir”. Deputat deyib ki, bəzi mətbuat orqanlarında Arazı Kürdən ayırmaqla 14 kəndin su altında qala biləcəyi barədə yayılan xəbərlər əsassızdır: “Bu belə deyil. Belədə 2 kənd su altında qala bilər ki, həmin kəndlərin iki min əhalisi var. Hesab edirəm ki, bununla fəlakətin qarşısını almaq ən düzgün varıantdır. Arazı əvvəlki yatağına qaytarmaq istəyirlər. Bununla bağlı iş gedir.

Hazırda vəziyyət pis deyil. Ancaq Türkiyə ərazisində Kürün artacağı təqdirdə burada da ciddi fəsadlar ola bilər”.

”Melorasiya və su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə isə söyləyib ki, hazırda Kür çayında suyun sürəti saniyədə 2570 kubmetrdir. O, fəlakət zonasında Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və digər müvafiq qurumların çalışdığını deyib.

Ə. Əhmədzadə də Sarısu gölü ətrafında kritik vəziyyətin olduğunu vurğulayıb. Sarısu gölünün İmişlidən keçən hissəsində sahil mühafizə bəndində bərkitmə işləri davam etdirilir. Əməliyyata Fövqəladə Hallar Nazirliyi və digər aydiyatı qrupmların canlı qüvvələri və ağır texnikalar cəlb olunub. ”Melorasiya və su təsərrüfatı” ASC-nin sədri Araz çayının yeni qolunun açılması üçün hazırlıq işlərini getdiyini söyləyib. Onun sözlərinə görə, Arazın yeni qolu ən kritik vəziyyətdə açılacaq. Qeyd edək ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində operativ qərərgah yaradılıb və Arazda suyun səviyyəsini azaltmaq üçün yaxın günlərdə suyun bir qisminin  başqa kanalla ötürülməsi planlaşdırılıb.

Yaxın iki gündə Araz çayının kanal vasitəsilə digər istiqamətə yönəldilməsi planlaşdırılır. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətin prezidenti Əhməd Əhmədzadə bildirib ki,  Kür və Araz gursululuğun belə davam etməsi Kürün aşağı axarında - Neftçala və Salyan rayonlarında daha ciddi fəsadlar törədə bilər. Hazırda Dövlət Komissiyası təbii fəlakət zonasında kompleks tədbirlər görməklə yanaşı, əlavə tədbirlər də həyata keçirməyi planlaşdırır. Bu işlərdən ən birincisi Arazın Bəhrəmtəpə istiqamətində yeni qolunun açılmasıdır. Ə.Əhmədzadə deyib ki, Arazı ənənəvi axarına qaytarmaq üçün də tədbirlər görülür. Belə ki, İmişlinin Çaxırlı və Qızılkənd kəndlərində yerləşən bəndlər yarılaraq su qarşıdakı otlaq və boş sahələrə axıdılacaq. Məqsəd Kür və Araz çaylarında gursululuğu aradan qaldırmaqdır. Hazırda Dövlət Komissiyası layihə üzərində iş aparır, əraziyə kifayət qədər texnika, canlı qüvvə cəlb olunub. Qolun açılması barədə yekun qərarı Dövlət Komissiyası verəcək. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü