Modern.az

“Putin Ukraynaya qoşun yeritməyib”-RƏSMİ AÇIQLAMA

“Putin Ukraynaya qoşun yeritməyib”-RƏSMİ AÇIQLAMA

8 Mart 2014, 13:04

“Rusiya prezidenti Vladimir  Putin hələ Ukraynaya hərbi qüvvə göndərmək səlahiyyətindən istifadə etməyib”. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. O, Qərb dairələrinin Rusiyanın Ukraynada 30 minlik qoşunu olması ilə bağlı iddialarının əsassız olduğunu deyib. Kreml rəsmisinin sözlərinə görə V. Putin səlahiyyətlərindən istifadə etməyib və sadəcə olaraq Rusiyanın Krımda yalnız hərbi  dəniz bazası mövcuddur. “Əlbəttə Rusiyanın bölgədə mövcud olan təsisatları Ukraynadakı gərginliyə görə qorunma altına alınıb”-deyə D. Peskov söyləyib.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü