Modern.az

Milli Məclis aprelin 4-də toplaşacaq, gündəliyə 17 məsələ çıxarılır

Milli Məclis aprelin 4-də toplaşacaq, gündəliyə 17 məsələ çıxarılır

27 Mart 2014, 17:56


Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun Modern.az saytına verdiyi məlumata görə, növbəti iclas aprel ayının 4-də baş tutacaq. Onun sözlərinə görə, gündəliyə 17 məsələ daxil olunub.

Parlament rəsmisinin dediyinə görə, onlardan biri “İnsan alverinə qarşı milli koordinatorun illik məlumatı haqqında” sənəddir. Bundan başqa, bir çox qanunlara dəyişikliklər nəzərdə tutulub.

““Tibbi sığorta haqqında", “Texniki təhlükəsizlik haqqında, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qeyri-dövlət, özəl mühafizə fəaliyyəti haqqında”, “Nəqliyyat haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Avtomobil yolları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulub. Bundan əlavə, “Dövlət qulluqçularının icbari sığortası haqqında Azərbaycan respublikası qanunun ləğv edilməsi barədə” qanun layihəsi də gündəliyə təklif olunub. “Azərbaycan Respublikası və İraq Respublikası hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında sazişin təsdiq olunması barədə" qanun layihəsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yəni ümumilikdə gündəliyə 17 məsələ daxil edilib”, – deyə A. Təvəkküloğlu qeyd edib.  

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü