Modern.az

Barak Obama Vatikanda ilk dəfə Papa Fransis ilə görüşdü

Barak Obama Vatikanda ilk dəfə Papa Fransis ilə görüşdü

28 Mart 2014, 03:01

Modern.az saytı xəbər verir ki, Prezident Barak Obama Vatikanda ilk dəfə Papa Fransis ilə görüşüb. İki lider "artan bərabərsizlik" ilə mübarizədə "ortaq bir qərarlılıq" sərgiləməyin gərəkliliyini vurğulayıblar.

Obamanın Papa ilə görüş təxminən bir saat davam edib.

Barak Obama görüş sonrası jurnalistlərə verdiyi müsahibədə, danışıqlarda yoxsulluğun azaldılması və qlobal mübahisəli problemlərinin həlli yolunun müzakirə edildiyini açıqlayıb.

Vatikan tərəfindən yayılan açıqlamada isə, iki liderin Amerikada dini azadlıqlar, xüsusilə Amerikadakı Katolik Kilsəsini narahat edən doğum mövzularını görüşdükləri də ifadə edilib.

Qeyd edək ki, prezident Obama Vatikan ziyarəti sonrasında İtaliya prezidenti Giorgio Napolitano və Baş nazir Matteo Renzi ilə də görüşəcək.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü