Modern.az

Penitensiar müəssisələrdə cəza çəkənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilir

Penitensiar müəssisələrdə cəza çəkənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilir

Təhsil

28 Mart 2014, 15:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda  penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə başlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması məqsədinə xidmət edəcək. Bu məqsədlə mərkəz dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində  həmin şəxslərin hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi istiqamətində müvafiq işləri görəcək.

 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı