Modern.az

Ekspert: “Nə Avropa, nə Azərbaycan qazı, bu cəfəngiyatdır”

Ekspert: “Nə Avropa, nə Azərbaycan qazı, bu cəfəngiyatdır”

Təhsil

28 Mart 2014, 15:37

Son günlər Krımın ilhaqı ilə başlayan Ukrayna böhranından sonra rus qazına möhtac qalan Avropanı Azərbaycan qazına önəm veriləcəyi ilə bağlı bəyanat verməyə məcbur etdi. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında bu bəyanatı cəfəngiyat adlandırıb.

 “Müqavilələr 2013-cü il sentyabrın 19-da bağlanıb. Belə bir təminatın verilməsi düz deyil. Azərbaycan qazı Avropaya 2019-cu ildə gedəcək. Yəni bu, 2020-ci ildən tez olmayacaq”.

“Karbohidrogen yataqlarının istismar olunduğu Xəzər dənizinin statusunun bu günə kimi həllini tapmaması isə siyasi amillərlə bağlıdır”, – deyən ekspert qeyd edib ki, Xəzəryanı dövlətlərdən 5-dən biri veto qoysa, problem həllini tapmayacaq.

“İkinci bir problem isə Rusiyanın və İranın ambisiyalarıdır. Xəzərin hüquqi statusunu şişirdib elə bir səviyyəyə çatdırırlar ki, onu başqa ticari predmet alətinə çevirsinlər. İran, Rusiya ondan sanksiya və daha böyük problemlərdə çox gözəl istifadə etmək imkanı qazanıblar. Halbuki, ortada olmayan bir şeydə razılığa gəlir və qarşılığında bunu təklif edirlər. Təbii ki, bu da ortaya atılmış siyasi problemdən başqa bir şey deyil. Belə götürəndə İranın Xəzərdə nə marağı var? Onun orada yatağı da yoxdur. Rusiyanın isə yataqları özünün iqtisadi zonasındadır. Axtarış- kəşfiyyat işləri göstərdi ki, Rusiyanın sərhəd hissədə heç bir yatağı yoxdur. Bir sözlə, iki ölkə Xəzəri yaxşı alver predmetinə çevirib. Məhz bu səbəbdən də Xəzərin hüquqi statusu bu günə kimi həll olunmamış qalır”.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü