Modern.az

“Qazprom”un Ukraynada gizli kottec şəhərciyi tapıldı

“Qazprom”un Ukraynada gizli kottec şəhərciyi tapıldı

Təhsil

28 Mart 2014, 17:58

Rusiyanın enerji nəhəngi “Qazprom”un öz əməkdaşlarının və onların ailə üzvlərinin istirahəti üçün Ukraynanın Karpatı ərazisində gizli kottec şəhərciyi tikdiyi məlum olub. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, “Qroşi” proqramının jurnalistləri bu şəhərciyi Ukrayna dağlarının ərazisində aşkarlayıblar. Verilən məlumata görə, ukraynalılar “Qazprom”un həmin gizli obyektinin ərazisinə yaxın belə buraxmırlar. Jurnalistlər bildiriblər ki, dağların ətəyindəki meşənin ətrafı hasarlanıb və ərazini mühafizəçilər qoruyurlar. Yad adamı anındaca hiss edirlər. Ancaq etiraf edirlər ki, Rusiya şirkətinin mülkiyyətini qoruyurlar.

Məlumatda qeyd edilir ki, Karpatının ətəyində “Qazprom”un keçmiş rəhbəri, hətta Rusiyanın baş naziri olan Viktor Çernomıdinə, şirkətin idarə heyətinin üzvü Boqdan Budzulyaka da kotteclər tikilib.





Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü