Modern.az

Ağız qoxusunun 30 saniyədə təbii həllii

 Ağız qoxusunun 30 saniyədə təbii həllii

28 Mart 2014, 21:13

Modern.az saytı olaraq  ağız qoxularından xilas olmağın bir neçə yolu ilə sizləri tanış edirik:

Bir çoxlarının sağalmaz yarası olan ağız qoxusu həm ictimai həyatımıza, həm də psixoloji vəziyyətimizə olduqca mənfi təsir göstərir. Mütəxəssislər ağız qoxularının 85%-nin ağız boşluğundan qaynaqlandığını bildirərək, bu vəziyyətə mədədə olan narahatlığın da səbəb olduğunu dilə gətirirlər.

Ümumiyyətlə, ağız qoxusu ağızda yığılan qidaların oksigensiz qalmasına görə meydana gəlir. Eyni zamanda, diş çürümələri, tüpürcək ifrazatının azalması da ağız qoxusuna yol aça bilər.

Razyana yarpağını qaynadıb qarqara etmək ağız qoxusunu aradan qaldırır.

Siqaret, sarımsaq, uçucu yağlar, bitki mənşəli məhsullar və zülal tərkibli qidalar da ağız qoxusu yaradır. Buna görə də, zülal tərkibi çox olan qidalardan uzaq durun.

Mütəmadi olaraq meyvə-tərəvəz yeyin.

Ağız gigiyenanıza fikir verin. Dişlərinizi gündə 2 dəfə fırçalayın. Dilin arxa tərəfinin da fırçalanması ağız qoxusunun qarşısının alınmasında olduqca təsirlidir.

Ancaq dişləri fırçalamaq diş arasındakı yemək artıqlarını tam təmizləmir. Buna görə də, diş sapından istifadə də məsləhət görülür. Bundan sonra isə ağzınızı mütləq qarqara edin.

Bitkilər də ağız qoxusunun aradan qaldırılmasına kömək edir. Atquyruğu otu bu bitkilərin başında gəlir. Atquyruğu otunu bir qabda dəmləyin və soyudun. Soyuduqdan sonra hər gün iki stəkan qəbul edin.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü