Modern.az

Türkiyədə on deputat bələdiyyə başçısı seçilib

Türkiyədə on deputat bələdiyyə başçısı seçilib

31 Mart 2014, 15:43


Martın 30-da Türliyədə keçirilən bələdiyyə seçkilərində bələdiyyə başçısına namizədliyini irəli sürən 26 deputatdan rəsmi olmayan nəticələrə görə 10-u qalib gələrkən, 15-i məğlub olub. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, indiki nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 4 və Cümhuriyyət Xalq Partiyasının (CHP) 3 deputatı seçkiləri qazanarkən, Milliyyətçi Hərəkat Partiyasının (MHP) namziədlərinin heç biri istədikləri nəticəni əldə edə bilməyib.

Rəsmi olmayan nəticələrə görə, dünən keçirilən seçkilərdə böyük şəhər və el bələdiyyə başçılığı üçün namizəd olan 26 millət vəkilindən 10-u qazanıb.  Məclisdən 14-ü böyük şəhər olmaq üzrə 26 millət vəkili el bələdiyyə başçılığı üçün yarışıb. AKP-dən 11, CHP-dən 7, MHP-dən 4, BDP-dən 2, HDP və müstəqillərdən bir millət vəkili, bələdiyyə başçılığı üçün seçicilərdən səs istəyib; AKP-nın Qaziantəp, Hatay və İzmirdəki böyük şəhər bələdiyyə başçı namizədləri nazirlik vəzifələrindən ayrılmışdı.

AKP 8-i böyük şəhər olmaq üzrə 11 seçki bölgəsində millət vəkilləri ilə yerli seçkilərə qatılmışdı.  

AKP-dən Qaziantəpdə keçmiş Ailə və sosial siyasət naziri Fatma Şahin, Ordu namizədi Enver Yılmaz və Balıkesir namizədi Əhməd Edib Uğur, Antalyadan Menderes Türel seçki yarışını qazanan millət vəkilləri arasındadır. Hakim partiyadan İzmirdə keçmiş nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Binalı İldırım, Manisadan Hüseyn Tanrıverdi, Diyarbəkr namizədi Qalib Ensarioğlu, Çanaqqalada Məmməd Daniş, İzmirin Ev mahalında namizəd göstərilən millət vəkili İlknur Dənizli, Tekirdağ Çorlu bələdiyyə başçısı namizədi millət vəkili Həsrət Yemişçi seçkilərdə uğur qazanmayıb. Hataydan namizəd göstərilən keçmiş ədliyyə naziri Sadullah Ergin isə CHP namizədi ilə başabaş yarışır.

CHP-dən namizəd göstərilən millət vəkillərindən Manisada Özgür Özel, Trabzondan Vulkan Canalioğlu, Bartindən Riza Yalçınkaya, İstanbul Üsküdardan İhsan Özkes seçkiləri itirərkən,  Edirnedən Rəcəb Gürkan, Kırikaledən Mehmet Siyam Kesimoğlu ilə Eskişehir Odunpazarından Kazım Kurt qalib gəliblər.

MHP-in Aydından namizəd göstərdiyi millət vəkilləri Ali Uzunırmak, Muğladan Məmməd Ərdoğan, Kütahyadan Alim İşıq, Bursa Osmanqazidən Necati Özensoy seçkiləri itirib.  

Digər tərəfdən Mardində müstəqil millət vəkili Əhməd Türk ilə BDP-in Diyarbəkr namizədi Gültan Kışanak bələdiyyə başçısı seçilərkən, HDP-nin İstanbul namizədi Sirri Süreyya Öndər isə itirənlər arasındadır.

 

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü