Modern.az

Twitter qadağası qalxa bilər, ancaq bir şərtlə

Twitter qadağası qalxa bilər, ancaq bir şərtlə

1 Aprel 2014, 00:51

Modern.az saytı xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının sədr müavini  Hüseyin Çelik Twitter qadağasının qalxa biləcəyini söyləyib.

Twitterin açılmasını istədiyini və bu çərçivədə müsbət bir dialoqun başladığını ifadə edən Çelik, Twitter və Youtube daxil olmanın əngəllənməsinin qarşısını almaq üçün hökümətin bəzi tələblərinin olduğunu bildirib.

"Twitter və ya Youtube Türkiyədə bir nümayəndəlik açmaqla və ya vəkillərini bura göndərərək TİB-ə və ya BTK-nin lazım olduğu zamanlarda müraciət edə biləcəyi və bu müraciətlərin ən qısa zamanda diqqətə alaraq əməli addım ataçağı bir sistem təşkil edə bilərlərsə bu qadağan da aradan qalxa bilər. Əks halda qadağan davam edəcəkdir” deyə H.Çelik fikrini ifadə edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü