Modern.az

Daxili İşlər Nazirliyi QHT sədrinin Gəncədə həbs olunduğunu təsdiqlədi

Daxili İşlər Nazirliyi QHT sədrinin Gəncədə həbs olunduğunu təsdiqlədi

Təhsil

1 Aprel 2014, 12:20

Mart ayının 31-də Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin polis tərəfindən saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Həsən Hüseyinli öz həmyerlisi olan bir vətəndaşa bıcaqla xəsarət yetirdiyinə görə saxlanılıb.

"Mart ayının 31-də DİN-in “ 102-zəng” mərkəzinə Gəncədə 2 nəfərin dalaşması ilə bağlı məlumat verilib. Məlumatda onlardan birinin xəsarət aldığı da qeyd olunub. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları deyilən ünvana yollanıb. Məlum olub ki, Gəncə şəhər sakinləri Həsən Hüseyinli və Arzu Qəhrəmanov aralarında yaranmış münaqişə zəmnində dava ediblər və bu zaman Həsən Hüseyinli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib. Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseyinliyə isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə BPİ-də Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır".

DİN sözçüsü onu da bildirdi ki, mətbuatda Həsən Hüseyinliyə qarşı guya təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.



Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir