Modern.az

Azərbaycanda müxbirini zorlayan baş redaktorun adı bilindi

Azərbaycanda müxbirini zorlayan baş redaktorun adı bilindi

Təhsil

24 Aprel 2014, 16:33

Ötən həftə Bakının Binəqədi rayonunda işçisini zorlayan baş redaktorun kimliyi məlum olub

Hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, zorlama hadisəsi “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib.

Aprelin 18-də Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, qəzetin redaksiyasında işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. Zorlama faktı ilə bağlı 5-ci polis bölməsində araşdırma aparılır.

İddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər.

Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü