Modern.az

İnstitut rəhbəri: “Akademiya rəhbərliyi Nazirlər Kabinetinə yeni layihə göndərib”

İnstitut rəhbəri: “Akademiya rəhbərliyi Nazirlər Kabinetinə yeni layihə göndərib”

Təhsil

20 May 2014, 10:14



“Akademiyanın bir sıra institutlarının əməkdaşları tədqiqat aparmaq üçün müxtəlif bölgələrə, eləcə də xarici ölkələrə səfər etmək lazım gəlir. Lakin tədqiqat işləri aparan elmi müəssisələr üçün ezamiyyətlə ekspedisiyanın bir sıra vacib fərqləri var. Belə ki, ezamiyyət institutunun o qədər də çox olmayan fərdi büdcəsi hesabına təşkil olunur. Maddi çatışmazlıq səbəbindən bölgədə aparılan tədqiqatlar o qədər də effekt vermir. Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutları ekspedisiya statusuna malik olsalar da, digər elmi qurumlar bundan məhrumdurlar. Folklor İnstitutu da bu cərgədədir. Əsas işi bölgələrdə araşdırma olan qurum hələ də ezamiyyətlə hərəkət edir”.
Bunu Modern.az-a açıqlamasında Folklor İnstitutunun direktoru, filologiya elmlər doktoru Muxtar İmanov deyib.

“Akademiya rəhbərliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə böyük bir layihə göndərib. Bu ekspedisiyaların təşkili ilə bağlıdır. Orada Folklor İnstitutu da xatırlanıb. Sovet dövründən fərqli olaraq müstəqillik dönəmində institutumizun ekspedisiyalarına Nazirlər Kabineti tərəfindən vəsait ayrılmır. Amma indi Akademiya rəhbərliyi folklor və dilçilik institutlarını ekspedisiya qrupuna salmaq üçün çox çalışır. Hələlik ezamiyyət prinsipi ilə hərəkət edirik. Çətinliklərə baxmayaraq, Qarabağın, Borçalı, cənub və şimal zonaları folklorunu tədqiq etmişik”, – deyə M. İmanov əlavə edib.  

Elmin Nuri  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü