Modern.az

Deputat Türkiyəli sahibkarlarla görüşüb - FOTO

Deputat Türkiyəli sahibkarlarla görüşüb - FOTO

Təhsil

20 May 2014, 10:48

Milli Məclisin deputatı, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda İstanbulun “Bahçeli iş adamları” dərnəyinin üzvləri ilə görüşüb.
Modern.az
xəbər verir ki, görüş zamanı Türkiyənin Soma şəhərinin kömür mədənində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra türkiyəli gənc sahibkarlar H. Rəcəbliyə Lənkərandan məmnun qaldıqlarını, Azərbaycandakı iqtisadi mühitin şəffaflığı və burada biznesin inkişafı üçün gözəl şərait olduğunu bildiriblər.
Qonaqlar yerli əhali ilə söhbət apararq, mövcud iqtisadi və sosial durumla yaxından tanış olublar. Türkiyəli qonaqların məqsədi trikotaj, dəri emalı, ayaqqabı sektoru üzrə yerlərdəki imkanları öyrənmək, iş adamları ilə görüşmək və gələcəkdə bu sahələrin genişləndirilməsi üçün müəyyən biznes tədbirləri həyata keçirməkdir. Millət vəkili də öz növbəsində onlara təklif və tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, son illər Azərbaycanda kiçik sahibkarlığın inkişafı ilə bağlı işgüzar şərait dünya investorlarını və iş adamlarını ölkəmizə gətirir. Bakı şəhəri ilə yanaşı bu adamlar regionlarla da tanış olur, əmək tutumlu iş yerlərinin yaradılmasına təşəbbüs göstərirlər.
Həmçinin  Millət Vəkili Hadı Rəcəbli  öz adından “Dostluq və Sağliq komisyonu”nun rəhbəri Nejdət Ünvara və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişdir. Sonda türkiyəli qonaqlar H. Rəcəbli ilə xatirə şəkli də çəkdiriblər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü