Modern.az

“Rusiya ilə Çin arasındakı qaz anlaşması uzun illərdən sonra həyata keçəcək” - ŞƏRH

 “Rusiya ilə Çin arasındakı qaz anlaşması uzun illərdən sonra həyata keçəcək” - ŞƏRH

Təhsil

22 May 2014, 13:55


“Rusiya ilə Çin arasındakı imzalanmış qaz sazişi bir niyyət protokolu kimi qiymətləndirilə bilər. Ümumi layihənin dəyəri 400 milyard dollardan çoxdur. Rusiya qazının Çin bazarların daşınması üçün isə böyük bir infrastruktur yaranmalıdır”. Bunu Modern.az saytına politoloq Zərdüşt Əlizadə Rusiya ilə Çin arasındakı imzalanmış qaz sazişinin perspektivlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, infrastrukturun yaradılması üçün təxminən 50 milyard dollar pul lazımdır. Politoloqun sözlərinə görə bu baxımdan iki nəhəng arasındakı qaz anlaşması uzun illərdən sonra həyata keçəcək. “Ona görə də yaxın 5-10 il ərzində Rusiya Avropaya qaz satışını davam etdirəcək və hər ikisi bir-birinə bağlı olacaq. Rusiya ilə  Çin arasında layihənin həyata keçməsi o demək deyil ki, Moskva qazı Avropaya verməyəcək. Rusiya Çinə tapdığı əlavə ehtiyatlar hesabına qaz vermək niyyətindədir. Bununla Rusiya Avropadan imtina etmir. Rəsmi Moskva əlavə yataqlardakı qazı Çinə satacaq. Bu baxımdan hansısa dramatik dəyişiklik gözləmək lazım deyil”.  

Analitik qeyd edib ki, Azərbaycan qazının Avropa bazarlarına daşınmasının gündəmə gəldiyi bir vaxtda Rusiya-Çin anlaşmasını isə belə şərh edib: “Azərbaycan qazı Rusiya qazının yanında heç nədir. Keçən il Rusiya 219 milyard kubmetr qaz satıb. Azərbaycan isə 12 milyard kubmetr ixrac edib. Bunun böyük bir hissəsi isə Türkiyəyə satılır. Azərbaycan qazı Avropanın qaz balansında güclə seziləcək bir amildir. Azərbaycan qazının Avropanı təmin etməsi məsələsini ona görə səsləndirirlər ki, bir ajiotaj yaransın. Guya bununla Avropanın Rusiya qazından başqa çıxış yolu olduğunu göstərmək istəyirlər. Ciddi qaz nəqli Türkmənistandan ola bilər. Amma ordan da qazın nəqli üçün boru yoxdur”.  

Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti ilə  Çinin Milli Neft-Qaz Korporasiyası CNPC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Rusiya 30 il ərzində Çinə dəyəri 400 milyard dollar olan 38 milyard kubmetr qaz nəql edəcək.    

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü