Modern.az

Türkiyədə vəziyyət gərginləşdi: Bir nəfər güllələndi

Türkiyədə vəziyyət gərginləşdi: Bir nəfər güllələndi

22 May 2014, 15:38

Türkiyədə vəziyyət yenidən gərginləşib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Somadakı mədən faciəsi və ötən il “Gəzi Parkı” hadisələri zamanı həlak olan Berkin Əlvanın xatirəsi üçün şüarlar səsləndirən bir qrup şəxslə polis arasında qarşıdurma olub.  

İstanbulun Okmeydan adlanan yerində baş verən insident xəsarətsiz ötüşməyib. Polis maşını yandırılıb. Polis havaya atəş açarkən Uğur Kurt adlı vətəndaşın başından vurulduğu bildirilib.

Həmin şəxs artıq xəstəxanaya yerləşdirilib.  

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü