Modern.az

Orxan Zeynalovun məhkəməsinin vaxtı məlum oldu

Orxan Zeynalovun məhkəməsinin vaxtı məlum oldu

Təhsil

22 May 2014, 16:22

Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun məhkəməsi iyun ayının 10-a təyin olunub.

Bu barədə Modern.az-a Orxan Zeynalovun anası Yasəmən Zeynalova deyib. O, bildirib ki, oğlu ilə bağlı onlara heç bir məlumat verilmir: “Dövlət bu işlə məşğul olur, ona görə biz də heç yanına getmirik. Deyiblər ki, özümüz məşğul olacağıq. Getməli olsaq belə, yanına buraxmırlar. Rusiyada olan dostu, tanışı ona baş çəkir”.

Xatırladaq ki, Y.Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olmuşdu.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü