Modern.az

Rusiya Ukraynanın səkkiz vilayətini işğal etməyi planlaşdırıb

Rusiya Ukraynanın səkkiz vilayətini işğal etməyi planlaşdırıb

Aktual

30 May 2014, 17:16

 

Rusiyanın ilk planı Ukraynanın səkkiz vilayətini işğal etmək idi, ancaq sonradan niyyəti dəyişib. Modern.az-ın verdiyi xəbərə görə, bunu “Financial Times” qəzetinə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib: “Rusiyanın əvvəlcə səkkiz vilayəti işğal etmək planı olub. Ancaq sonradan daha ağır sanksiyalarla üzləşəcəyini başa düşərək strategiyanı dəyişib. Bundan sonra, qeyri-stabil ərazi yaratmaq qərara alınıb, Rusiyanın bu niyyətinin arxasında Ukrayna hökumətinə Avropa İttifaqına inteqrasiya məsələsində təsir göstərmək dayanır”.

Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərblə yaxınlaşmasını əngəlləmək üçün təxribatçı dəstələr yollamaqla hibrid müharibəsi aparır: “Vladimir Putin və onun ətrafı Qərbin yeni sanksiyalarından çəkinərək Ukraynaya qarşı birbaşa müharibədən vaz keçib. Ancaq yeni tərzdə, hibrid müharibəsi aparır, ordu ilə qorxudub, ərazilərimizə təxribatçı qruplaşmalar göndərir, onlar da yerli ekstremistlər və cinayətkar dəstələrlə birləşib döyüşməyə cəhd edirlər”.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü