Modern.az

Müxalifət liderindən sərt ittiham: “Sərkisyan erməni xalqının birliyindən qorxur”

Müxalifət liderindən sərt ittiham: “Sərkisyan erməni xalqının birliyindən qorxur”

Dünya

8 İyul 2014, 20:45


Prezident Serj Sərkisyan erməni xalqının birliyindən qorxur. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında “İrs” Partiyasının lideri Raffi Ovannisyan bəyan edib. Onun sözlərinə görə, əgər 2008-ci ildə hakimiyyətə gələnlər legitim olsaydılar indi başqa bir Ermənistan olardı, ancaq Serj Sərkisyan erməni xalqının öz prezidentinə görə məyus olmasına nail oldu. Ovannisyanın fikrincə, nə qədər ki, müxalifət partiyaları ayrı-ayrılıqda mitinqlər keçirəcəklər prezidentin istefasına nail olunmayacaq: “Müxalifət və ictimai təşkilatlar birləşməlidirlər, yalnız bu halda nəticə əldə etmək mümkündür. Serj Sərkisyan “İrs” Partiyasından qorxmur, o erməni xalqının birləşməsindən çəkinir”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü