Modern.az

Qarabağdan Avropaya çaxır satılacaq - FOTOLAR

Qarabağdan Avropaya çaxır satılacaq - FOTOLAR

Dünya

10 İyul 2014, 17:53

Dağlıq Qarabğda, daha doğrusu, işğal altındakı Hadrut rayonunun Tuğ kəndində istehsal edilən çaxır Avropaya satışa çıxarılacaq. Modern.az-ın əldə etdiyi məlumata görə, Tuğ kəndində yerləşən Kataro çaxır zavodunun sahibi Ernest Avetisyan bunun üçün lazımi avadanlıqların gətirlidiyini bildirib. İlk vaxtlar Avsetisyan və 3 oğlu kənddə 6 hektalıq ərazidə üzümçülük sahəsi yaradıblar. Çaxıra olan tələbatın çox olduğunu görən qarabağlı ailə istehsalı genişləndiriblər. 

“İstehlak edilən çaxırın qiyməti ildən-ilə azalırdı və biz öz gücümüzə çaxır istehsal etməyə qərar verdik. Üzümün Xndoqni sortundan daha keyfiyyətli içki əldə edildiyindən çaxır hazırlanmasında ona üstünlük verdik. Zavodun tikintisinə başladıq”, - deyə Avetisyan bildirib.

Avetisyanlar 2010-cu ildə “Anuş 1” şirkətini yaradıblar. Yaxınlıqdakı dini məbədin şərəfinə Kataro adlandırılan çaxır növü hazırda yalnız Ermənistanda deyil, həm də Rusiyada satılır. Onun bir butulkasının qiyməti 7-8 dollardır. Enest Avetisyan bu il 50 min, gələn il isə 100 min şüşə çaxır istehsal etmək niyyətindədir. O, oğlanları ilə birlikdə gələcəkdə Avropa bazarına da daxil olmağı planlaşdırır. “Tələbat böyükdür. Bu isə o deməkdir ki, yeni avadanlıqlar hesabına istehsalı 100 min şüşəyə çatdırmaq lazımdır. Avropa bazarında yerli məhsullarla rəqabət apara biləcəyimizə inanıram”.      






Vüqar İsm
ayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü