Modern.az

Yanukoviç Avropa Məhkəməsinə şikayət etdi

Yanukoviç Avropa Məhkəməsinə şikayət etdi

14 İyul 2014, 16:37



Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç Avropa Məhkəməsinə Avropa İttifaqının ona və iki oğluna qarşı tətbiq etdiyi sanksiya ilə bağlı iddia ilə müraciət edib. Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda iyulun 14-də həmin məhkəmə instansiyası açıqlama yayıb. Digər məlumata görə, Avropa Məhkəməsinə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov və onun oğlu Aleksandr da buna bənzər iddia ilə müraciət ediblər. Xatırladaq ki, martın 5-də Avropa İttifaqı dövlət vəsaitini mənimsəmə və insan haqlarını pozmağa görə 18 Ukrayna vətəndaşının aktivlərini dondurub.  

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü