Modern.az

Lerikdə yanğın 5 hektar ərazini əhatə edib - Nazirlikdən açıqlama

Lerikdə yanğın 5 hektar ərazini əhatə edib - Nazirlikdən açıqlama

Təhsil

22 İyul 2014, 10:39


“Lerikin Piran kəndindəki meşədə dünəndən başlayan yanğın hələ də söndürülməyib. Buna səbəb həmin zonanın yüksək dağlıq ərazi olmasıdır”.

Bu barədə Modern.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, yüksək dağlıq ərazi olduğundan ora texnika cəlb edilə bilmir: “Ona görə də yerli qurumlarımızın əməkdaşları və sakinlər yanğının söndürülməsinə çalışırlar. Ərazidə ağacdan çox kol-kos yanıb. Yanğın ilkin olaraq bələdiyyə ərazisində başlayıb, oradan isə meşə fondunun ərazisinə keçib. Hazırda davam edən yanğın 5 hektara qədər ərazini əhatə edib”.

Onun sözlərinə görə, rayon mərkəzindən 35 kilometr aralıda, dağlıq meşə ərazisində baş verən yanğına FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb edilib.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü