Modern.az

Cəbhədə şəhid olmuş bütün hərbiçilərimizin adı açıqlandı - SİYAHI

Cəbhədə şəhid olmuş bütün hərbiçilərimizin adı açıqlandı - SİYAHI

1 Avqust 2014, 13:04

İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Modern.az saytı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələrimizin bölmələri düşmənin təxribatının qarşısı alıblar. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Amma təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib. Müdafiə Nazirliyi itkilərimizin sayını hələ ki açıqlamayıb.

Modern.az-a daxil olan məlumata görə isə həlak olan hərbçilərimizdən biri Quba rayonundandır. Rayonun Vladimirovka kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Elnur Mühəddin oğlunun da erməni gülləsinə tuş gəldiyi bildirilir.

APA-nın məlumatında daha bir şəhidimizin adı açıqlanıb. Bu, Vüqar Poladovdur.

ANS-in məlumatına görə, Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğlu da şəhid olan hərbçilərimiz arasındadır.  O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib. Faktı Xaçmaz rayon icra başçının birinci müavini Yetkin Mehmanov da təsdiqləyib. O, bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir.

Millət vəkili Qənirə Paşayeva isə daha bir şəhidimizin adını açıqlayıb. “Ermənistanla ön cəbhədə düşmənin təxribatlarının qarşısının alınması istiqamətdə döyüşdə daha bir qardaşımız Məmmədov Səftər Əlihüseynoğlu şəhid olub. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Millətimizin başı sağ olsun ! İşğalçı Ermənistan isə Allahın lənətinə gəlsin”-deyə deputat bildirib.

***

APA-nın məlumatına görə, dünən düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış  Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış Hüseyn Abdinov

***
Qeyd edək ki, iyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşindən həlak olub. 

***
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

***

Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərovun da düşmənlə atışmada şəhid olduğu xəbəri gəlsə də, aparılan dəqiqləşdirmələr nəticəsində onun ağır yaralandığı məlum olub. Hospitala yerləşdirilən E. Əsgərovun vəziyyətinin çox ağır olduğu xəbər verilir.



Allah şəhidlərimizə rəhmət eləsin!

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü