Modern.az

“Yaradıcılıq fakültəsini bitirən diplom yox, şəhadətnamə alır” - Slavyan Universiteti

“Yaradıcılıq fakültəsini bitirən diplom yox, şəhadətnamə alır” - Slavyan Universiteti

1 Sentyabr 2014, 10:51


Azərbaycanda ilk və hələlik yeganə  fakültə olan Yaradıcılıq fakültəsi hazırda Bakı Slavyan Universitetində fəaliyyət göstərir. Fakültənin metodisti Yetim Qacar Modern.az-a fəaliyyətləri barədə açıqlama verib. Bildirib ki, 2007-ci ildən fəaliyyətə başlayan fakültənin məqsədi Azərbaycanda yaradıcı, istedadlı gəncləri bir yerə toplamaq, onların ədəbiyyat bazasını zənginləşdirmək, estetik-bədii tərbiyəsini gücləndirməkdir.

“Fənlər xüsusi həssaslıqla seçilir və savadlı pedaqoqlar, tanınmış ziyalılar tərəfindən tədris edilir. Dinləyicilərə iki il ərzində mədəniyyət tarixi, fəlsəfə, mifologiya, kulturologiya, poetika, ritorika, Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı və başqa fənlərdən mühazirələr oxunur və xüsusi kurslar tədris olunur.

Bununla yanaşı, Azərbaycanın tanınmış yazarları poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid və ədəbi redaktə üzrə sənətkarlıq dərsləri keçirlər”.

Y.Qacar bildirib ki, yaradıcılıq fakültəsində dərslər həftədə 3 dəfə olmaqla 3 akademik saat təşkil edir. “Təhsil müddəti 2 il və ödənişlidir. Bir il üçün ödəniş haqqı 300 manatdır. Qəbul müsabiqədən yolu ilə aparılır. Fakültəni bitirənlərə ədəbi işçi şəhadətnaməsi verilir”.

Qeyd edək ki, fakültəyə əvvəllər mərhum tənqidçi Elnarə Tofiqqızı başlıq edib. Hazırda isə onun rəhbəri filoloq-alim Rüstəm Kamaldır.

Məltəm Talıbzadə

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü