Modern.az

Qızıl Xaç Komitəsi: “Kəlbəcər girovları ilə görüşümüz jurnalist uydurmasıdır”

Qızıl Xaç Komitəsi: “Kəlbəcər girovları ilə görüşümüz jurnalist uydurmasıdır”

1 Sentyabr 2014, 14:32

“Ümumiyyətlə, Beynəlxalq Qızıl Xaç Komitəsi girovlara baş çəkməmişdən əvvəl görüş gününü elan etmir. Bu yalnız Azərbaycan tərəfində deyil, həmçinin Ermənistan tərəfində də fəaliyyət göstərən Qızıl Xaç nümayəndəliyinə də aiddir”. Bu barədə Modern.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bir müddət əvvəl sentyabr ayının 1-də girovlara baş çəkiləcəyi barədə yazılan xəbərə münasibət bildirərkən söyləyib. “Sentyabr ayının 1-də girovlarla görüş olacağını kim deyib bilmirəm, hazırda belə bir məlumat yoxdur. Ola bilsin ki, hansısa jurnalist bunu özündən yazıb”.

Qeyd edək ki, Ermənistan tərəfi iyulun 11-də iki azərbaycanlının girov götürüldüyü  haqqında məlumat yayıb.  Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş. Quliyev və D. Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. BQXK indiyə qədər onlara 3 dəfə baş çəkib, girovları ailələri barədə məlumatlandırıb.

Onların məktubunu da ailələrinə çatdırıb.  

Girov düşərək öldürülən Həsən Həsənovun meyitini isə ermənilər iyulun 26-da Dağlıq Qarabağda dəfn etdiklərini deyirlər.

Gülşən Raufqızı


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü