Modern.az

Mustafa Kabakçı yaralı əsgərlərimizi ziyarət edib - FOTO

Mustafa Kabakçı yaralı əsgərlərimizi ziyarət edib - FOTO

Təhsil

3 Sentyabr 2014, 14:29

20 günə yaxındır ki, bu ilin Avqust ayında Ermənistanın təcavüzkar  ordusunun atəşkəsi pozması nəticəsində cəbhə bölgələrində yaralanmış  əsgərlərimizdən üç nəfəri  qardaş Türkiyənin paytaxtı  Ankarada müalicə alırlar. Yüksək səviyyədə müalicə alan əsgərlərimizin demək olar ki, vəziyyəti yaxşıdır və yaxın vaxtlarda  Azərbaycana dönəcəklər. Modern.az xəbər verir ki, ötən müddət ərzində yaralı əsgərlərimizin sağlıq durumunu və müalicəsini  diqqətdə saxlamaq   və onlara  qayğı  göstərmək məqsədi ilə Türkiyənin ən yüksək səviyyəli rəsmiləri  və ictimaiyyət nümayəndələri  ziyarət üçün hospitala gediblər. Belə  ziyarətlərdən biri də Türkiyə Böyük Millət Məclisinin  millət vəkili Mustafa  Kabakçının dəfələrlə  yaralı əsgərlərimizi  yoxlaması ,  onların və ailələrinin vəziyyəti  ilə maraqlanması və onlara dəstək verməsidir.  Hər  ziyarətlər  əsgərlərimizin  ovqatlarını və əhval-ruhiyələrini və onların mübarizə əzmlərini  daha da  yüksəldir.

 

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir