Modern.az

Rusiyalı ekspertlər: “Ukraynada 2 mindən artıq rus hərbçisi həlak olub”

Rusiyalı ekspertlər: “Ukraynada 2 mindən artıq rus hərbçisi həlak olub”

3 Sentyabr 2014, 16:58


Rusiyada hüquq müdafiəçisi kimi fəaliyyət gösətərən, “Ukraynadan Rusiyaya 200 nömrəli yük” qrupunun təsisçisi, Murmansk sakini Yelena Vasilyeva Ukraynada 2 mindən artıq rus hərbçisinin ölümünü təsdiqləyir. Modern.az xəbər verir ki, o, bu barədə “Azadlıq radiosu”na açıqlamasında deyib.

Avqustun 21-də yaratdığı “Ukraynadan Rusiyaya 200 nömrəli yük” qrupuna 13 min 500-dən artıq könüllü cəlb edən Vasilyeva jurnalistlərə açıqlamsında deyib ki, təkcə avqust ayında Rusiyaya məxsus hərbi hissələrin 2000-dən çox döyüşçüsünün Ukraynada həlak olub. Bununla belə, o, münaqişənin başlanmasından sonra həlak olan hərbçilərin dəqiq sayını müəyyən edə bilməyib: “Bu əsl müdaxilə idi. Müdaxilənin ilk günü 700 rus əsgəri dəqiq həlak olub. Növbəti sutkalar ərzində isə biz daha 1500 nəfərin ölümü barədə məlumat əldə etdik”.

Onun sözlərinə görə, müstəqil fəaliyyətinə görə tez-tez təhdidlərə və hədələrə məruz qalır. Onun kimi övladları Ukraynada həlak olan rus anaları da təzyiq altındadırlar. Vasilyevada olan son məlumatlara görə, Ukraynadan Rusiyaya daxil olan 14 yük maşınında 800-1000 min arasında hərbçinin cəsədi olub.

Bundan başqa, Luqansk vilayətinin Krasnaya Luça qəsəbəsi ətrafında yerli hakimiyyət orqanları rusiyalı hərbi qulluqçuları tez-tələsik torpağa tapşırmaq barədə göstəriş alıblar. 2 min rus hərbçisinin öldürüldüyünü Ukrayna müdafiə nazirinin müşaviri Aleksandr Danilyuk da təsdiqləyib. Sonda qeyd edək ki, Rusiyanın “Pskov quberniyası” qəzetinin məlumatına görə, Ukrayna ərazisindəki döyüşlərdə 76-cı Pskov Hərbi Desant Qoşunları diviziyasının 1-ci bölüyü tamamilə məhv edilib.  


Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü