Modern.az

Putin Ukraynaya qarşı 7 şərt irəli sürdü

Putin Ukraynaya qarşı 7 şərt irəli sürdü

Təhsil

3 Sentyabr 2014, 18:09


Monqolustanda rəsmi dövlət səfərində olan Rusiya prezidenti Vladimir Putin Ulan-Batorda monqol həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Şərqi Ukraynadakı silahlı münaqişənin bitməsi üçün 7 şərt irəli sürüb.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Ukrayna rəhbərliyinin separatçılarla atəşkəs rejkini möhkəmləndirmək üçün işçi qrup yaratmağa və danışıqlara başlamağı təklif edib.   “Pyotr Poroşenko ilə telefon danışığı zamanı 7 şərt barədə razılaşmışıq. İlk növbədə müqavimət qüvvələri (red-separatçılar) Luqansk və Donetsk istiqamətində hücum əməliyyatlarını dayandırmalıdır. Ukrayna isə öz növbəsində yaşayış məntəqələrini ağır artilleriyadan və aviasiyadan atəşə tutmamalıdır”.  

Vladimir Putin regiona Rusiyadan göndərilən humanitar yardım karvanlarının sərbəst buraxmasının da önəmli olduğunu deyib. “Ukraynanın şərqində dinc sakinlərin hərəkəti və humanitar yardımların çatdırılması üçün yollar açılmalıdır. Zərər görmüş bölgələrdə sosial infrastrukturun bərpası üçün Rusiya da iştirak etməlidir”.  

Xatırladaq ki.Rusiya və Ukrayna prezidentlərinin telefon danışığından sonra Şərqi Ukraynada atəşkəs razılaşması əldə olunub.  

Modern.az          

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü