Modern.az

Qubad İbadoğlu ona irad tutanlara fotolarla cavab verdi

Qubad İbadoğlu ona irad tutanlara fotolarla cavab verdi

5 Sentyabr 2014, 09:22


Müsavat Partiyasının başqanlığa namizədi Qubad İbadoğlu mitinqlərdə özünün mitinqlərdə iştirak məsələsinə toxunub.

Modern.az saytının məlumatına görə Qubad İbadoğlu bu haqda özünün facebook hesabında yazıb.

Başqanlığa namizəd bəzi şəxslərin ona qarşı mitinqlərdə iştirak etməməsini irad tutmasını belə cavablandırıb:

“Bəzi dostlarımız mənə irad tuturlar ki, mən mitinqlərdə iştirak etməmişəm. Mitinq adamı deyiləm. Onların düşüncəsi ilə mənim yanaşmam arasındakı fərq ondan ibarətdir ki, mən mitinqlərə, piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə bir vasitə kimi baxıram.

Mən hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır. Ondan harda gəldi istifadə etmək və ya bütünlüklə imtina etmək olmaz. Lakin, siyası mübarizədə mintinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi qoymaq da düzgün yanaşma deyil”.

Qubad İbadoğlu iştirak etdiyi  mitinqlərin fotolarını da paylaşıb.


Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü