Modern.az

ABŞ-ın növbəti prezidentinin adı açıqlandı

ABŞ-ın növbəti prezidentinin adı açıqlandı

8 Oktyabr 2014, 10:42

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edib qalib gələcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı investor Uorren Baffet buna qəti əmin olduğunu bildirib: “Hillari qalib gələcək. Mən mərc gəlib pul da qoyuram. Mən sözümü elə-belə demirəm”.

Baffet hesab edir ki, xanım Klinton prezidentliyə iddialı olduğunu bir qədər gec açıqlayacaq, ancaq amerikalı politoloqların əksəriyyətinin fikrincə, o, artıq seçkiqabağı kampaniyanı aparır. Klintonun bu yarışda rəqibinin kim olacağına gəldikdə, tanınmış maliyyəçi bu haqda açıqlama verməyib. Onun fikrincə, iddialılar kifayət qədər olacaq. 

Baffet ABŞ-ın ən varlı adamlarından biri sayılır. Onun varidatının miqdarı 67 milyard dollara çatır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü