Modern.az

Ohanyan Ermənistan ordusundakı biabırçılıqdan DANIŞDI: “Əlimdə plakat küçələrdə gəzəsi deyiləm”

Ohanyan Ermənistan ordusundakı biabırçılıqdan DANIŞDI: “Əlimdə plakat küçələrdə gəzəsi deyiləm”

Aktual

13 Oktyabr 2014, 20:30

 

“Sirr deyil ki, bu gün orduda korrupsiya riskləri var. Tibb komissiyalarında məhz buy olla hərbi xidmətdən yayınanlar var”. Modern.az-ın Ermənistanın 1in.am saytına istinadən verdiyi məlumata görə bunu ölkənin müdafiə naziri Seyran Ohanyan “hərbi tibbdə aktual problemlər” adlı keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. Tədbirdə fasilə zamanı  Seyran Ohanyan sözügedən saytın jurnalistinə bildirib ki, tibb komissiyalarının tərkibi dəyişsə də, korrupsiya riskləri qalmaqda davam edir.

Ermənistan müdafiə naziri etiraf edib ki, korrupsiyanın səbəblərindən biri də ölkədə maaşların aşağı olmasıdır. “Bir çox hərbi qulluqçu bu gün maaşların aşağı olmasından şikayət edirlər. Belə informasiya var ki, bəzi zabitlər maaşa görə xidməti tərk edirlər”.  

Nazir hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı aparılan işlər barədə verilən sualı isə əsəbi qarşılayıb: “Biz maaşların artırılması üçün mübarizə aparırıq. Mübarizə aparmaq nə deməkdir? Mən əlimdə plakatlar küçələrdə təntənə ilə yeriyəsi deyiləm. Biz mübarizə aparmaq lazım olan yerlərdə işlər görürük”,-deyə Seyran Ohanyan söyləyib.  

Aqşin Kərimov    


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü