Modern.az

Azərbaycanlı deputat Nuru paşa haqda cizgi filmi çəkdirəcək

Azərbaycanlı deputat Nuru paşa haqda cizgi filmi çəkdirəcək

Təhsil

13 Dekabr 2014, 13:20


Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Bakını 1918-ci ildə işğaldan azad etmiş Qafqaz İslam Ordusunun komandiri Nuru paşa haqda maraqlı ideya ilə çıxış edib.

Modern.az-ın məlumatına görə, deputat Nuru paşa haqda cizgi filminin çəkilə biləcəyini bildirib. Onun sözlərinə görə, bu təklifi dostlarından biri irəli sürüb:
“Azərbaycanın xilaskarı Nuru paşa ilə bağlı cizgi filmi çəkmək doğrudan da maraqlı olardı. İstər Azərbaycandan, istər Türkiyədən bu işə sponsor tapa bilərəm. Azərbaycanda rəsmi səviyyədə yəqin ki, bunu etməzlər. Çünki Nuru paşaya münasibət göz qabağındadır. Bakını azad edib, bizləri qətliamdan qurtarıb, dövlət yaratma şansı verib, bizsə adının ən sadə formada belə, əbədiləşdirilməsinə qarşı dirəniş göstəririk. Türkiyədə həll etmək mümkündür. Orada bunun çəkilişini gerçəkləşdirənlər tapılar. Qalır ssenari məsələsi, qabiliyyəti olan və paşanın ruhu qarşısında özünü borclu sayan Azərbaycanın yaradıcı adamları öz layihələrini hazırlaya bilərlər və onların içindən birini seçmək olar. Bu sahədə özümü sınamasam da, əgər hansısa uyğun layihə ortaya çıxmasa, bu işi özüm gerçəkləşdirməyə çalışacağam. Böyüklərimizin vəfasızlıq kodunu, heç olmazsa uşaqlarımıza buraxmyaq. Hər halda yaxın zamanlara bunu nə yolla olursa olsun, gerçəkləşdirməyə çalışacağam”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü