Modern.az

""Erməni soyqırımı" iddialarını ifşa edən filmlər çəkəcəyik”

""Erməni soyqırımı" iddialarını ifşa edən filmlər çəkəcəyik”

9 Yanvar 2015, 15:20


Ötən ilin sonlarında “Azərbaycanfilm” Kinostudiyasında bəzi dəyişikliklər edildi. Nəticədə yazıçı-ssenarist Orxan Fikrətoğlu kinostudiyanın nəzdində fəaliyyət göstərən “Mozalan” satirik kinojurnalının baş redaktoru vəzifəsindən azad edilib sənədli filmlərin çəkilməsi ilə məşğul olan “Salnamə” studiyasına baş redaktor təyin edildi.

Orxan Fikrətoğlu Modern.az-a bu studiyada görəcəyi işlərdən danışıb: “Salnamə” Azərbaycan kinosunun sənədli filmlər birliyi studiyasıdır. Kinostudiyanın nəzdində yaransa da, hazırda müstəqil fəaliyyət göstərir. Sənədli, bədii və animasiya filmləri də istehsal edir”.

Baş redaktor 2015-ci il üçün fəaliyyət proqramlarının bir qismindən də danışıb:

“Artıq bu ilin fəaliyyət proqramı hazırlanaraq nazirliyin təsdiqinə göndərilib. Çox sirləri açmaq istəmirəm. A.O.Çerniyayevski haqda film çəkilir.  Demək olar ki, Azərbaycan elitasını təmsil edən ziyalıların hamısı Çerniyayevskidən dərs alıb. Film o dövrdən bəhs edəcək.  İmperiya daxilində Azərbaycanın ilk dərsliyinin yaranması məsələsi də əks olunacaq. Çünki nədənsə bu sahə kənarda qalıb. Lakin “Salnamə” bunu dirçəldəcək.

Digər bir film məşhur azərbaycanlı Kərim Kərimova həsr olunacaq. Bu filmi Zakir Babayev çəkir, yanvar ayından istehsala başlanılacaq.

Bununla yanaşı, 2015-ci ildə ermənilərin soyqırımı nağılının qarşısının alınması üçün bu yalan təbliğatın əleyhinə öz həqiqətlərimizi üzə çıxarmağa çalışacağıq. Məsələn, Quba qətliamı zamanı qətlə yetirilən yəhudi ailələri ilə çəklişlər edəcəyik. Azərbaycan həqiqətlərini dünyaya çıxarmaq zəminində işlər görüləcək. Studiyannın planları çoxdur. Xaricdən rejissorlar da dəvət edəcəyik. Mütləq xarici ölkələrlə bir yerdə filmlər çəkməyi planlaşdırırıq. Daha çox Bolqarıstanla  film çəkməyi düşünürük. Bu haqda danışıqlar gedir. Siyasi və strateji baxımdan mütəffiqimizdir. Azərbaycan alimləri Bolqarıstanda türklüyün əsasını qoyublar. Macarıstan ilə əlaqələrimiz də var”.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü